2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2,9 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilir.
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4,5 mlrd. təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-sentyabr aylarında birbaşa xarici investisiyaların həcmi 35,5% azalıb.
Bu dövr ərzində tədiyə balansının məlumatına görə, bu dövrdə birbaşa xarici investisiyaların 81%-i neft-qaz sektorunun payına düşüb.
В ненефтяной сектор объем прямых иностранных инвестиций за январь-сентябрь Yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $551,7 mln. (azalma 24,3%), xüsusi çəkisi 19% təşkil edib.
AMB-nin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan şirkətləri xaricdə $1 mlrd. 562,1 mln. (azalma 3%), o cümlədən neft-qaz sektoruna $727,9 mln. (azalma 37,2%), digər sektorlara $834,2 mln. (artım 84,6%) məbləğində birbaşa investisiya yatırıblar.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
Ümumilikdə 2018-ci ilin üç rübünün yekunları üzrə xalis maliyyə aktivləri $3 mlrd. 344,8 mln. (azalma 24,9%), öhdəliklər $881,2 mln. (azalma 5,4 dəfə) təşkil edib.
2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $5,7 mlrd. təşkil edib və 21,9% azalıb. **
Ə.Məmmədov