Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Salayevə general-mayor ali hərbi rütbəsi verib.
İ.Əliyevin müvafiq sərəncamı cümə günü dövlət başçısının saytında dərc olunub.
Həmçinin, prezident Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verib.
Bundan əlavə, FHN-nin 50-dən artıq əməkdaşı orden və medallarla təltif olunub. **
R.Babayev