Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, 2018-ci il Bakı ilə Moskva arasında münasibətlərin inkişafında uğurlu olub.
“2018-ci il Azərbaycan-Rusiya ikitərəfli münasibətlərin inkişafı nöqteyi-nəzərindən çox səmərəli olub”, - İ.Əliyev cümə günü Twitter mikrobloqunda yazıb.
O cümlədən, prezident Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması çərçivəsində Azərbaycan-Rusiya əməkdaşlığından məmnunluq ifadə edib. “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində Azərbaycanla Rusiya arasında əməkdaşlığın nəticələri qənaətbəxşdir”, - İ.Əliyev mikrobloqunda qeyd edib. **
A.Əzizov