2018-ci ilin əvvəlindən Azərbaycanda 14,8 minə yaxın yanğın hadisəısi baş verib. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.
“Bu il respublika ərazisində 14 min 785, o cümlədən Bakıda 4463 yanğın hadisəsi qeydə alınıb”, - nazir bu gün FHN-in yaradılmasının 13-cü ildönümü münasibətilə keçirilən genişləndirilmiş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, baş verən 14 yanğın yüksək saylı çağırışla söndürülüb.
“Hər gün orta hesabla 45 yanğın hadisəsinə çıxış olub. Hər dörd gün ərzində yanğınlarda bir nəfər xilas edilib”, - K.Heydərov qeyd edib.
Nazir vurğulayıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən yanğınların sayı 74 hadisə azalıb. **
R.Babayev