Oktyabr, noyabr və dekabr ayının birinci yarısında Azərbaycanda 46 nəfər dəm qazından zəhərlənib. Bu barədə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov məlumat verib.
“Nioyabr ayında 21, dekabr ayının birinci yarısında 16 xəstə dəm qazı zəhərlənməsi ilə xəstəxanaya qəbul edilib. Oktyabr ayında daha 9 xəstə dəm qazı zəhərlənməsi ilə xəstəxanaya qəbul olunub”, - A.Maqsudov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, zəhərlənənlər arasında 7 uşaq olub.
“Zəhərlənənlərin 6-nın vəziyyəti ağır olub”, - deyərək baş toksikoloq əlavə edib ki, xəstələrin həyatlarını xilas etmək mümkün olub. **
R.Babayev