Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimində iştirak edəcək.
“Dekabrın 16-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu məqsədlə Telavi şəhərinə səfər edəcək», - parlamentin mətbuat xidməti məlumat verir.
Səfər dekabrın 17-də başa çatacaq.
Gürcüstan prezidentinin inauqurasiya mərasimi dekabrın 16-da Telavi şəhərində baş tutacaq. **
R.Babayev