“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci il dünya çempionatının üçlüyünə daxil olub.
“Keçirilən sorğunun nəticələrinə görə, birinci yeri ABŞ Qran Prisi tutub. İkinci yerdə Azərbaycan Qran Prisidir. Böyük Britaniya Qran Prisi üçüncü yerdə qərarlaşıb”, - “Formula 1”in rəsmi saytında məlumat verilir.
Sorğuda 16 mindən çox azarkeş iştirak edib.
İlk beşlik belədir: ABŞ Qran Prisi – 30%səs, Azərbaycan Qran Prisi - 13%, Böyük Britaniya Qran Prisi - 9%, Almaniya Qran Prisi – 8%, Avstriya Qran Prisi – 6%.
2018-ci il Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində baş tutub. Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton qalib gəlib və mövsümün qalibi olub. **
R.Babayev