2018-ci ilin yanvar-sentyabr Azərbaycanın turizm xidmətləri balansının profisiti $370,3 mln. təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi 6,4% artaraq $4,6 mlrd. təşkil edib. Turizm xidmətləri balansının profisiti isə 2017-ci ilin yanvar-sentyabr aylarında qeydə alınmış $331,2 mln.-a qarşı $370,3 mln. təşkil edib”, - deyə AMB-nin cari ilin 9 ayı üçün tədiyə balansına dair məlumatında qeyd olunur.
Bu dövrdə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $1,3 mlrd. məbləğində turizm xidmətləri göstərilib. Bu məbləğin 79%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşür”, - deyə məlumatda bildirilir.
2018-ci ilin üçü rübü ərzinndə Azərbaycana turist axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artıb.
2017-ci ildə Azərbaycanın turizm xidmətləri balansının profisiti 61,1% artaraq $353,4 mln. təşkil edib.**
Ə.Məmmədov