2018-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsal həcmi 2007-ci illə müqayisədə 33 dəfə artıb. Bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev qeyd edir.
“2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb. İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır”, - Y.Musayev “Azərbaycan” rəsmi qəzetində dərc olunan məqaləsində bildirir.
Nazir müavini vurğulayır ki, istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1,2 mini keçir. **
F.İsazadə