Azərbaycan 2019-cu ildə özünün istehsalı olan AZ 7,62 və EM-14 avtomatlarının istehsalına başlayacaq. Bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev məlumat verib.
“Nazirliyin müəssisələrində yaradılmış AZ 7,62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılıb və 2019-cu ildən seriyalı istehsalına başlanılacaq“, - Y.Musayev “Azərbaycan” rəsmi qəzetində dərc olunan məqaləsində bildirir.
Nazir müavini vurğulayıb ki, növbəti illərdə 2A-42 (AT-30) tipli avtomatik topun, RPQ 7V-2 tipli qumbaraatan üçün müxtəlif növ atəş yığımlarının, müxtəlif çaplı izburaxan patronların, pulemyot və toplar üçün lülələrin və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulur. **
F.İsazadə