2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 27 mln. 143,456 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan ixrac olunmuş $14 mlrd. 621 mln. 241,456 min dəyərində neftin bəyan edilmiş həcmi 24 mln. 195,372 min ton təşkil edib”, - Komitədən bildirilir.
2017-ci ilin yanvar-noyabr aylarında ixrac edilmiş $9 mlrd. 637 mln. 331,13 min məbləğində neftin bəyan edilmiş həcmi 24 mln. 723,729 min ton təşkil edib. Beləliklə, hesabat dövründə neft ixracı miqdar ifadəsində 9,8%, pul ifadəsində 51,7% artıb. **
N.Abbasova