Sumqayıt Şəhər İcra Hakimiyyəti çoxmənzilli binalarda yeni liftlərin quraşdırlmasına 2,5 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, Sumqayıt Şəhər İH qeyd olunan işlərin icrasına dair “Bakı Otis Lift” MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 2 mln. 498,421 min manatdır.
18 çoxmənzilli binada istismara yarasız 62 liftin yenilənməsi işləri həyata keçiriləcək.
Bundan əlavə, Sumqayıt Şəhər İH şəhərdə sbadlıq-quruculuq işlərinin həyata keçirilməsinə dair “Forte firması” ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 2 mln. 494,53 manat təşkil edir. **
B.Rüstəmbəyov