2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapitalın repatriasiyasının (çıxarılma) həcmi $2 mlrd. 103,5 mln. təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankın dərc etidiy tədiyə balansının məlumatında qeyd olunur.
“Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi 2017-ci ilin analoji dövründə $2 mlrd. 86,7 mln.-a qarşı $2 mlrd. 103,5 mln. təşkil edib”, - məlumatda deyilir.
Beləliklə, cari ilin yanvar-sentyabr aylarında çıxarılan kapitalın həcmi 0,8% artıb.
Eyni zamanda cari ilin birinci rübündə çıxarılan kapitalın həcmi $603,4 mln., ikinci rübdə - $1 mlrd. 109,6 mln., üçüncü rübdə - $390,5 mln. təşkil edib.
AMB qeyd edir ki, bu dövrdə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə $289,7 mln. məbləğində ödəniş ediblər.
2017-ci ildə Azərbaycandan $2 mlrd. 820,5 mln. məbləğində kapital çıxarılıb. **
Ə.Məmmədov