Azərbaycanda yol-nəqliyyat hadisəsi nəticəsində “Jiquli”nin sürücüsü, anası və azyaşlı oğlu həlak olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Öncə, YNH nəticəsində iki nəfərin həlak olması barədə məlumat verilib.
“Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində həlak olublar”, - DİN-dən qeyd olunub Bundan başqa, qəza nəticəsində digər 4 sərnişin yaralanıb. **
R.Babayev