2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan neft məhsullarının bəyan olunmuş ixrac həcmi 933,636 min ton təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan $481,039 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 933,636 min ton təşkil edib”, - Komitədən qeyd ediblər.
2017-ci ilin yanvar-noyabr ayları ərzində ölkədən $291,262 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 733,34 min ton təşkil edib. Beləliklə, cari ilin 11 ayı ərzində ixrac həcmi say ifadəsində 27,3%, dəyər ifadəsində 65,2% artıb.
2017-ci ildə Azərbaycandan $339,159 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 835,452 min ton təşkil edib. **
N.Abbasova