2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM 1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci ilin 11 ayı ərzində ÜDM-nin nominal həcmi 72 mlrd. 432,1 mln. təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında qeyri-neft sektorunda ÜDM 1,3%, neft sektorunda isə 0,3% artıb.
Hesabat dövründə tikinti sektorunda 13,1% azalma qeydə alınıb.
2018-ci ilin yanvar-noyabr aylarında ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 7 min 378,5 manat təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin artımını 2% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə respublikada ÜDM 0,1% artıb.**
N.Abbasova