2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 1 mlrd. 380 mln. 154,32 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan $64 mln. 968,42 min dəyərində 1 mlrd. 380 mln. 154,32 min kVt/saat elektrik enerjisi ixrac olunub”, - DGK-dən bildirilir.
2017-ci ilin 11 ayı ərzində Azərbaycan $41 mln. 220,85 min məbləğində 935 mln. 406,01 min kVt/saat elektrik enerjisi ixrac edib.
Beləliklə, 2018-ci ilin yanvar-noyabr aylarında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 47,5%, dəyər ifadəsində 57,6% artıb.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan $50 mln. 968,96 min dəyərində 1 mlrd. 160 mln. 196,03 min kVt/saat elektrik enerjisi ixrac edib.
Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir. **
N.Abbasova