2018-ci ilin yanvar-noyabr ayları ərzində “Qala Həyat Sığorta”nın sığorta haqları 13 mln. 715,48 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Operativ məlumatlara əsasən, qeyd olunan dövrdə sığorta haqları 13 mln. 715,48 min manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 63,3% çoxdur”, - şitrkətdən qeyd ediblər.
2018-ci ilin yanvar-noyabr ayları ərzində şirkətin ödənişləri 1 mln. 781,632 min manat təşkil edib, bu da ötən iln 11 ayının göstəricisindən 5,6 dəfə çoxdur.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 mln.-a alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 mln. 50 manatdır. **
Ə.Məmmədov