“ RSM Azerbaijan” şirkəti “Azərxalça” ASC-nin maliyyə auditini həyata keçirəcək.
“RSM Azerbaijan” “Azərxalça”nın maliyyə audtorunun seçiminə dair kotirovka sorğusunun nəticələri üzrə qalib olub. Dekabrın 13-də tərəflər arasında müqavilə imzalanıb”, - “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Müqavilənin dəyəri – 20,06 min manatdır.
Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixili sərəncamı ilə “Azərxalça” ASC yaradılıb. **
Ə.Məmmədov