2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatının həcmi 35 mln. 467,2 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-noyabr aylarında neft hasilatı 35 mln. 467,2 min ton (artım 6,5%), o cümlədən əmtəə qazının hasilatı 35 mln. 420 min ton (artım 0,2%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə Azərbaycanda 27 mlrd. 746 mln. kubmetr qaz hasil olunub (2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 6,5%). Bununla belə, hesabat dövründə əmtəə qazının hasilatı 17 mlrd. 417mln. kubmetr (artım 4,9%) təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ilin yekunları üzrə neft hasilatını 37 mln. 848,1 min ton, qaz hasilatını 30 mlrd. 205 mln. ton səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə respublikada 38 mln. 756 min ton neft, 28 mlrd. 362,6 mln. kubmetr qaz hasil olunub. **
N.Abbasova