Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının 30 mln. manat artırılmasına dair sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəsait “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsinə yönəldiləcək.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaqü.
İ.Əliyevin müvafiq sərəbcamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
Ə.Məmmədov