18-19-dekabr tarixində Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbayana səfər edəcək. Bu barədə Rusiya mətbuatı məlumat verir.
“Bu günə regionumuzun Xəzər dənizində qonşu dövlətlə bir çox orta nöqtələri var. Həştərxan vilayəti Azərbaycanla ticarət əlaqələrinin aktivləşməsi, Həştərxan və Bakı şəhərləri arasında hava əlaqəsinin bərpası, investisiya əməkdaşlığının inkişafı, turizm, təhsil sahələrində qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır”, - məlumatda qeyd olunur.
Səfər çərçivəsində S.Morozovun Azərbaycan prezidenti İlham Əliyevlə danışıqları və digər görüşləri keçiriləcək.
Səfərin məqsədi ikitərəfli əməkdaşlığın inkişafı, Azərbaycan və Həştərxan vilayəti hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair sazişin icrasının əlaqələndirilməsidir. **
R.Babayev