2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2% - 2 mlrd. 825,4 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 8,2% - 179,4 min tonadək, kerosin istehsalı 2,8% - 554,1 min tonadək, dizel yanacağı istehsalı 2,1% - 1 mln. 755,2 min tonadək, sürtkü yağı istehsalı 4,5 dəfə - 150,6 min tonadək, neft bitumu istehsalı 30,7% - 272,8 min tonadək, neft koksu istehsalı 13% - 223,1 min tonadək artıb.
Bu dövrdə avtomobil benzini istehsalı 2,7% - 1 mln. 68,5 min tonadək, soba mazutu istehsalında 60,7% - 92,7 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova