“BTB Kapital” ASC Bakı Fond Birjasının (BFB) üzvü olub. Bu barədə birjadan məlumat verilir.
“Bazar ertəsi şirkətə birjanın üzvlüyünə daxil edilməsi barədə qərar təqdim olunub”,- məlumatda deyilir.
“BTB Kapital” BFB-nin sayca 7-ci üzvü oldu.
Vergilər Nazirliyi 15 fevral 2018-ci il tarixində“BTB Kapital”ı qeydiyyata alıb. Cari il oktyabrın 12-də şirkət fəaliyyət lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 350 min manata bərabərdir. **
Ə.Məmmədov