Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasında neft və digər maddələr ilə çirklənmiş ərazilərin inventarizasiyası və qiymətləndirilməsi, yaranan göllərin qurudulması və təmizlənməsi məqsədilə məsləhətçinin xidmətlərinə təxminən $500 min yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan məlumata əsasən, nazirlik qeyd olunan işlərin icrası üçün «Wood Amec Foster Wheeler İtaliana Sri.» şirkətini cəlb edib. Şirkət ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri - $489 min təşkil edir. **
N.Abbasova