2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana $283 mln. 817 min dəyərində yük avtomobilləri idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə respublikaya 17,345 min ədəd yük avtomobili (artım 2,4 dəfə) idxal olunub”, - deyə məlumatda bildirilir.
10 ay ərzində Azərbaycana $26 mln. 572,6 min məbləğində (artım 2,3 dəfə) 1,722 min ədəd (artım 2,2 dəfə) yük avtomobili idxal olunub.
Bundan başqa, cari ilin yanvar-oktyabr aylarında ölkəyə $8 mln. 764,6 min dəyərində (azalma 9,5%) 179 ədəd avtobus (artım 20,9%) idxal olunub.
Hökumət 2018-ci ildə Azərbaycana idxal olunan avtomobillərin ümumi dəyərini ilk dəfə açıqlayır. **
B.Rüstəmbəyov