Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Dan Ulduzu-Əşrəfi-Aypara” perspektiv strukturlar blokunda iki və üç ölçülü seysmik kəşfiyyat işləri həyata keçirilməsi üzrə ilkin hazırlıq işlərinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliynə şirkətdən məlumat verilib.
“Equinor” “Dan Ulduzu-Əşrəfi-Aypara” perspektiv strukturlar blokunda 2D və 3D seysmik kəşfiyyat işləri həyata keçirəcək. Bu işlərə hazırlıq çərçivəsində şirkət qeyd olunan seysmik tədqiqatların ətraf mühutə təsirinin qiymətləndirilməsinə (Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi,ƏMSSTQ) dair hesabatın layihə variantını tərtib edib”, - şirkətdən qeyd ediblər.
Eyni zamanda, şirkət ictimai dinlmələrin tarixi hələlik açıqlamır.
Mayın 31-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişi imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
İyunun 29-da Milli Məclis sazişi ratifikasiya edib. Sənəd iyulun 5-də qüvvəyə minib.
13 mlrd. kubmetr qaz və 17 mln. ton kondensat ehtiyatı ilə “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 100 kilometr şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 250 metrdən 450 metrə kimi dəyişir.
“Əşrəfi-Dan ulduzu” struktur blokunun işlənməsinə dair müqavilə 1997-ci ildə ARDNŞ (20%), BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS”(4,5%) arasında imzalanıb. “Əşrəfi” yatağında 20-40 mln. ton karbohidrohen ehtiyatlarının olması aşkar edilib. Lakin müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib. **
N.Abbasova