Milli Məclis bu gün keçirilən plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”ı ratifikasiya edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Dövlət başçıları 2024-cü ilədək Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına dair razılığın əldə olunduğu cari il sentyabrın 1-də İ.Əliyevin Soçiyə səfəri çərçşivəsində baş tutan danışıqların yekunlarına dair birgə bəyanatla çıxış ediblər.
Həmçinin, parlament elektrik ötürücü xətləri və boru kəməri nəqliyyatı ilə daşınan malların gömrük nəzarəti haqqında Azərbaycan-Rusiya hökumətlərarası sazişi təsdiq edib.
Birgə Bəyanatda vurğulanır ki, Rusiya və Azərbaycan iqtisadi-ticari əlaqələrin müasir tələblərə cavab verən yeni inkişaf səviyyəsinə niyyətindədir. Prezidentlər qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün ticarətdə daha əlverişli şəraitin yaradılması, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının artırılması, milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi, innovasiyalı inkişaf sahəsində məsələlərin həlli üçün perspektiv sahələrdə və sektorlarda birgə istehsalın yaradılmasına əsaslanırlar.
Bundan əlavə, liderlər dövlət idarəçiliyi sahəsində innovativ yanaşmaların, büdcə-vergi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə birgə fəaliyyətin inkişafı, dövlət sektorunda istifadə üçün qabaqcıl proqram təminatının tətbiqi üzrə təcrübə mübadiləsi və əməkdaşlığa diqqət aylırmaq nityyətindədirlər.
“İki dövlətin başçıları əmindirlər ki, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın həyata keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək”, - Bəyanatda qeyd olunur. **
R.Babayev