Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verdi ki, institutda konsultativ poliklinika, stasionar, diaqnostik tədqiqatlar və fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir.
İnstitutun elm bölməsində 43 elmi işçi, klinika bölməsində 43 həkim, 76 tibb bacısı və 118 nəfər digər işçi çalışır.
Burada ümumilikdə 280 nəfər çalışır. **
F.İsazadə