2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $266 mln. 826,67 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
«Cari ilin yanvar-noyabr aylarında respublikaya $266 mln. 826,67 min dəyərində 15 min 382,59 ton əczaçılıq məhsulu idxal edilib», - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $228 mln. 328,55 min dəyərində 14 min 259,35 ton əczaçılıq məhsulu gətirilib.
Beləliklə, cari ilin 11 ayı ərzində sözügedən məhsulların ölkəyə idxalı miqdar ifadəsində 8,3%, dəyər ifadəsində 16,8% artıb.
2017-ci ildə Azərbaycana $249 mln. 15,83 min dəyərində 15,65 min ton əczaçılıq məhsulları idxal olunub.**
N.Abbasova