2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 27 mln. 140 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 0,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $13 mlrd. 991 mln. 951,6 min (artım 42,1%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilmiş $12 mlrd. 923 mln. 328 min məbləğində neftin bəyan edilmiş həcmi 24 mln. 195,4 min ton təşkil edib.
2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib.**
N.Abbasova