Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında 7 mlrd. 687,2 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 8,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $1 mlrd. 451 mln. 405,4 min (artım 28,2%) təşkil edib”, - hökumətdən qeyd olunur.
Cari ilin yanvar-oktyabr aylarında sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $1 mlrd. 209 mln. 621,7 min dəyərində 6 mlrd. 184,2 mln. kubmetr qaz ixrac edilib.
2017-ci ildə Azərbaycan 8 mlrd. 859,7 mln. kubmetr təbii qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstana və Türkiyəyə ixrac edilir.**
N.Abbasova