Azərbaycanın “Khan-El” şirkəti ilə BƏƏ-nin “Haghanyat General Trading” şirkəti arasında fındıq məhsulunun ixracına dair müqavilə bağlanıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatlında deyilir.
“Müqaviləyə əsasən yaxın vaxtlarda şirkət tərəfindən BƏƏ-ə fındıq ixracına başlanacaq”, - məlumatda qeyd olunur.
Sənəd 29 Azərbaycan şirkətinin Körfəz ölkələrinə ixrac missiyaları çərçivısində imzalanıb.
Məlumata əsasən, boya, mebeli, plastik borular və fitinq istehsalı, turizm, tekstil, nar şirəsi, fındıq, konserv məhsulları, çay, mineral suların istehsalçıları məhsullarını Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi, Şarja şəhərlərinə və Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində təqdim ediblər.
İxrac missiyasının məqsədi Körfəz ölkələrində “Made in Azerbaijan” brendinin təşviqidir. Missiya İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə həyata keçirilib. **
F.İsazadə