“Kapital Bank” dekabrın 21-də 19 mln. 999 min 999,95 manat məbləğində imtiyazlı səhmlərin yerləşdirilməsinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Xəbər verildiyi kimi, əlavə emisiyası hesabına bank nizamnamə kapitalını 9,7% - 225 mln. 849 min 999,9 manatadək artıracaq.
“Əlavə emissiya bir qiymətli kağızın nominalı 12,39 manat olan 1 mln. 614,205 min səhmə bölünüb”, - BFB-dən qeyd olunub.
Əlavə emissiyadan səhmlərin yerləşdirilməsinin anderrayteri qismində “PASHA Capital” investisiya şirkəti çıxış edir.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,86775%) və fiziki şəxslərdir (0,13225%). **
A.Əzizov