Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bankın yaradılması planlaşdırılır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
“Əmək bazarının təkmilləşdirilməsi məqsədilə vakansiyalar üzrə avtomatlaşdırılmış bankın yaradılmasını zəruri hesab edirik. Bunu gələcəkdə həyata keçirməyi planlaşdırırıq”, - S.Babayev çərşənbə günü Bakıda keçirilən İnsan Kapitalı Forumunda bildirib.
Həmçinin, nazir əmək bazarının inkişafı üzrə fəal işin aparıldığını qeyd edib. “Ölkənin əmək bazarının inkişafına və əhalinin məşğulluğunun təminatına imkan yaradan tədbirlər arasında Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasını qeyd etmək olar. Bu struktur əmək bazarında tələbat və təklifi proqnozlaşdırmağa yardım edəcək, bazarın tələbatı və mövcud əmək resurslarını təhlil edərək yeni iş yerlərinin yaradılmasına stimul verəcək”, - S.Babayev bildirib. **
Ə.Məmmədov