2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ərzaq idaxlını 2,4% - $1 mlrd. 226,085 minədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Ərzaq idxalı strukturunda əsas həcm $187 mln. 540,92 min məbləğində buğdanın – 992,353 min ton (azalma 11,5%), meyvə-tərəvəz məhsullarının - $144 mln. 535,75 min məbləğində 267,904 min ton (artım 7,5%), ətin - $63 mln. 651,99 min məbləğində 43,262 min ton (artım 16,3%), bitki və heyvan mənşəli yağların - $120 mln. 362,12 min məbləğində 128,57 min ton (azalma 6,2%) payına düşüb.
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $62 mln. 94,19 min məbləğində kərə yağı idxalı 10 min 677,64 ton (azalma 14,4%) təşkil edib.
Ümumilikdə, yanvar-noyabr ayları ərzində Azərbaycana bütün idaxlın 11,91%-i ərzaq məhsullarının payına düşüb. **
N.Abbasova