Azərbaycan “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə” Çoxtərəfli Sazişə qoşulub.
İ.Əliyevin müvafiq qanunu çərşənbə günü dövlət başçısının saytında dərc olunub.
“Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə” Çoxtərəfli Saziş 24 sentyabr 2010-cu il tarixində Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunub. ** R.Babayev