Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakıda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, S.Morozovun səfərinin məqsədi ikitərəfli əməkdaşlığın inkişafı, Azərbaycan və Həştərxan vilayəti hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair sazişin icrasının əlaqələndirilməsidir. **
F.İsazadə