Azərbaycan Dövlət Turizm Agentliyi 2019-cu ildə Rusiyada turizm ofisi açacaq. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.
“2019-cu ildə Rusiya ərazisində Azərbaycanın turizm ofisinin açılışı olacaq. Bu ofis ölkəmizin tuirizm potensialını təbliğ edəcək və Azərbaycanla çalışan aviaşirkətlərə müəyyən yardım göstərəcək. Bu, ölkənin reklam olunması və digər məsələlərə aiddir”, - Rusiya mətbuatı F.Nağıyevin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, turizm ofisinin vəzifələrinə nəinki Moskva və Rusiyanın mərkəzi regionu, həm də “Yekaterinburq vilayətindən Uzaq Şərqədək uzanan məsafədə yerləşən” bölgələrin əhatə olunması daxildir.
“Ölkəmizə səfər edən rusiyalı turistlərə gəlincə isə, burada nəzərə almaq lazımdır ki, bizim ümumi cəhətlərimiz çoxdur. Bu, həm mədəni dəyərlər və bir çox digər amillərdir. Səfər edən turistlərin sayına görə bizdə Rusiya birinci yerdədir”, - DTA sədri bildirib.
O qeyd edib ki, cari ilin yanvar-oktyabr aylarında 820 min rusiyalı turist Azərbaycana səfər edib. “Biz bu rəqəmlər üzərində işləyəcəyik. Bizim heç bir maneəmiz yoxdur. Nə dil, nə də digər manəemiz var”, - F.Nağıyev vurğulayıb.
Onun sözlərinə görə, həmçinin Azərbaycan xüsusi çarter proqramları üzərində işləmək niyyətidndir.
Xəbər verildiyi kimi, Dövlət Turizm Agentliyi 6 xarici ölkədə rəsmi xarici turizm nümayəndəlikləri açmağı planlaşdırır: Almaniyanın Frankfurt , BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad , Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində. **
R.Babayev