Vergilər Nazirliyi 2019-cu ilə vergi güzəştlərini genişləndirməyi planlaşdırır. Bunu vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.
“Gələn il vergi güzəştlərini bir qədər genişləndirməyi təklif edirik. Xüsusilə, bir sıra sahələrdə sərmayələr ilə bağlı güzəştlərin tətbiqinə dair təkliflər var”, - X.Abdullayev çərşənbə günü Bakıda keçirilən İnsan Kapitalı Forumunda bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar elm, təhsil, idman və mədəniyyət sahələrinə sərmayələrin mənfət vergisindən azad olunmasına dair təkliflər daxil ediləcək.
“Mövcud nümunə kimi qeyd etmək olar ki, hazırda dərslik və uşaq ədəbiyyatının buraxılması ilə məşğul olan redaksiyalar, tipoqrafiyalar və poliqrafiya müəssisələri ƏDV-dən azad olunub. O cümlədən, ödənişli tədris xidmətləri ƏDV-dən azad edilib. Gələn il elm, təhsil, idman və mədəniyyət sahələrinin inkişafına yönələn vəsaitin mənfəət vergisindən azad olunması təklifini irəli sürmüşük. Bu güzəştləri 10 il müddətinə təklif edirik”, - X.Abdullayev vurğulayıb.
O əlavə edib ki, həmçinin Vergilər Nazirliyi fiziki imkanları məhdud şəxlərin təhsil aldığı tədris müəssisələrinin mənfəət vergisindən azad olunmasını təklif edir. **
Ə.Məmmədov