Prezident İlham Əliyevə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni təqdim edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Çərşənbə günü Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Həştərxan vilayəti ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə İ.Əliyevə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordenini təqdim etdi”, - məlumatda deyilir.
Görüşdə Bakı və Həştərxan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi qeyd olunub, birgə layihələrin həyata keçirildiyinin Azərbaycanla Rusiya arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirilib.
Tərəflər mədəniyyət sahəsində əməkdaşlığın yaxşı səviyyəsindən məmnunluq ifadə ediblər və turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğunu qeyd ediblər. **
R.Babayev