Azərbaycan prezidenti aztəminatlı ailələrə birdəfəlik yardım verilməsinə dair sərəncam imzalayıb. Bu barədə dövlət baçısının saytında məlumat verilir.
Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ayrılıb.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 mln. manat ayrılacaq. **
B.Rüstəmbəyov