2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 mlrd. 449,8 mln. kubmetr səmt qazı hasil olunub ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 10 mlrd. 449,8 mln. kubmetr səmt qazı hasil olunub, bunun 2 mlrd. 682,4 mln. kubmetri əmtəəlik qazın (ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 17,6%) payına düşür”, - hökumətdən bildirilir.
Cari ilin yanvar-sentyabr aylarında respublikada qaz hasilatının ümumi həcmində 46,9% səmt qazının, qalan həcm təbii qazın payına düşüb.
Hesabat dövründə Azərbaycanda 11 mlrd. 798,2 mln. kubmetr (artım 10,3%) təbii qaz, o cümlədən 11 mlrd. 151,4 mln. kubmetr (artım 8,7%) əmtəəlik qaz hasil olunub.**
N.Abbasova