2018-ci ilin yanvar-oktyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 43 mln. 375,4 min ton təşkil edib ki, bu da 2017-cı ilin analoji dövrünün göstəricisindən 0,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəhliz çərçivəsində yüklərin 10 mln. 361 min tonu və ya 23,9%-i dəmir yolu nəqliyyatı, 27 mln. 326,7 min tonu və ya 63%-i avtomobil nəqliyyatı, 5 mln. 687,7 min tonu və ya 13,1%-i dəniz nəqliyyatının payına düşüb.
Yanvar-oktyabr aylarında TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 7 mln. 766 mln. tonu və ya 17,9%-i tranzit yüklərin payına düşüb. 2017-ci ilin analoji dövrü ilə müqayisədə tranzit yüklərin həcmi 5,1% azalıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova