Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycan icmasının sədri seçilib.
Müvafiq qərar cümə axşamı Bakıda icmanın qurultayında qəbul olunub.
T.Gəncəliyev bu postda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovu əvəz edib.
Bundan əlavə, qurultayda 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi seçilib.
Asif Cahangirov və Elçin Əhmədov icmanın sədr müavinləri seçiliblər. **
F.İsazadə