Biləsuvar Rayon İcra Hakimiyyəti 4 mərtəbəli yaşaylş binasının tikintisi üçün şirkət seçib.
www.tender.gov.az saytının materiallarına əsasən, İH Biləsuvar şəhəri Heydər Əliyev prospektində 48 mənzilli, 3 bloklu, 4 mərtəbəli yaşayış binasının tikintisinə 2 mln. 930,114 min manat yönəldəcək.
Tikinti işlərinin podratçısı qismində “Cənub Təmir Tikinti-1” MMC çıxış edir. **
F.İsazadə