2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 663 mln. 891,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,7% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 485 mln. 320,3 min manat (artım 44,5% - İF) və ya bütün bazar üzrə sığorta haqlarının 73,1%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 279 mln. 417,7 min manat (artım 79,6%), qeyri-həyat sığortası üzrə sığorta haqları 205 mln. 902,6 min manat (artım 14,3%) təşkil edib.
Yanvar-noyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 178 mln. 570,8 min manat (artım 6%) təşkil edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 224 mln. 139,2 min manat (azalma 2,9%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 162 mln. 417,9 min manat (azalma 9,6%) və ya bazar üzrə bütün ödənişlərin 72,57%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 90 mln. 857,3 min manat (azalma 17,8%), qeyri-həyat sığortası üzrə ödənişlər 71 mln. 560,6 min manat (artım 3,5%) məbləğində olub.
2018-ci ilin yanvar-noyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 61 mln. 721,3 min manat (artım 20,6%) təşkil edib.
2018-ci ilin noyabr ayının sonuna Azərbaycanda 21 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.*
Ə.Məmmədov