FİFA-nın 2018-ci il üçün yekun reytinq siyahısında Azərbaycan yığmasının mövqeyi dəyişməz qalıb (107-ci pillə). Yeni reytinq siyahısı bu gün təşkilatın saytında dərc edilib.
Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri olan Xorvatiya 4-cü, Uels 19-cu, Slovakiya 27-ci, Macarıstan 51-ci pillədə qərarlaşıb.
Reytinqə Belçika başçılıq edir. İlk onluğa Fransa, Braziliya, İngiltərə, Portuqaliya, Uruqvay, İsveçrə, İspaniya və Danimarka da daxildir.*
A.Əzizov