Azərbaycan və Həştərxan vilayəti Bakı ilə Həştərxan arasında hava uçuşlarının bərpasına dair razılığa gəliblər. Bu barədə Həştərxan vilayətinin beynəlxalq və xarici-iqtisadi əlaqələr naziri vəzifəsini icra edən Denis Afanasyev bəyan edib.
Onun sözlərinə görə, uçuşlara 2019-cu ilin yazında start vermək planlaşdırılır.
“Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun Bakıda Azərbaycan prezidentinin tapşırığı ilə AZAL aviaşirkətinin rəhbərliyi ilə görüşü zamanı müvafiq razılıq əldə olunub. Tərəflər Bakı–Həştərxan mümkün reyslərinin detalları, marketinq və qiymət siyasətini müzakirə ediblər”, - D.Afanasyev bildirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl Bakı və Həştərxan arasında hava uçuşları həyata keçirilsə də, sonradan dayandırılıb.
“Bu, daşımaların gəlirlilyinin olmaması səbəbindən baş verdi. Bunun baş verməsinə səbəb o zaman AZAL-ın hava donanmasını əvəz etməsi ilə əlaqədardır. Əvəz edilmədən sonra isə “Azərbaycan Hava Yolları”nın Həştərxan istiqamətində bir neçə təyyarə ayırmaq imkanı olmayıb. Hazırda bu cür imkan var”, - D.Afanasyev bildirib.
Eyni zamanda, o vurğulayıb ki, Türkiyənin “Turkish Airlines” aviaşirkətinin Həştərxan aeroportunu tərk etməsi AZAL ilə əməkdaşlığın bərpasına təkan verən daha bir amildir.
“Türkiyə şirkəti müəyyən mənada AZAL-ın rəqibi idi, çünki sərnişinlərə iri İstanbul mərkəzini təklif edirdi. Oradan istənilən istiqamətdə uçmaq mümkün idi: Avropa, Aftrika, Şərqə. Hava uçuşları bərpa olunarsa Bakı bu cür qovşaq hava limanı rolunu oynaya bilər”, - nazirliyin başçısı qeyd edib.
O, həmçinin məlumat verib ki, hazırda Həştərxan aeroportu və AZAL arasında məsələlərin texniki razlışadırılmasına dair müzakirələr aparılır.
“İlkin olaraq, Bakıdan Həştərxana təyyarələrin həftədə 2 dəfə uçuşu həyata keçirəcəyinə dair qərar qəbul olunub. O cümlədən, qiymət siyasətinə dair müzakirələr aparılır. Aydındır ki, biletlərin qiyməti həştərxanlılar üçün məqbul və rəqabətədavamlı olmalıdır”, - D.Afanasyev vurğulayıb. **
B.Rüstəmbəyov