Çin Xalq Respublikasının sədri Si Cinpin prezidentİlham Əliyevin doğum günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir”, - deyə təbrik məktubunda bildirilir.
O, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlığın müvəffəqiyyətlə davam etdiyini diqqətə çatdırıb.
“Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram”, – deyə S.Cinpin vurğulayıb.
Dekabrın 24-də prezident İ.Əliyevin 57 yaşı tamam olur.*
R.Babayev